Lamiyə Quliyeva uşağının atasının kimliyini açıqladı

Lamiyə Quliyeva uşağının atasının kimliyini açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Həbsxanada ana olması ilə gündəmə gələn Lamiyə Quliyeva ictimaiyyətə müraciət edib.

“A24.az” məlumat verir ki,  müraciət barədə “azadliq.info”ya Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bidirib ki, 4 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Lamiyə Quliyeva dünən ona zəng edərək bu fikirlərini ictimaiyyətə çatdırmağını xahiş edib: “Jurnalistlərin, mətbuatın taleyimlə bağlı diqqətinə görə onlara təşəkkürümü bildirirəm. Lakin eyni zamanda mətbuatda və sosial şəbəkələrdə yer alan şayiələr, xüsusən də, başıma gələn olayda keşmiş penitensiar xidməti əməkdaşının adının hallanması məni çox narahat edir və üzür. Çünki bu məlumatlar yalandır və şayiələrdir. Xahiş edirəm, bu mövzuda yazanlar nəzərə alsınlar ki, bu, hər bir insana məxsus olan şəxsi, həssas məsələdir və analıq hissi ilə bağlıdır. Buna bu cür yanaşmalarını rica edirəm”.

Lamiyə Quliyeva ona qarşı zorakılığın olmadığını da qeyd edib. “Könüllü seçimim olub. Dəfələrlə yazılan məlum hadisəyə görə mən 15 yaşımdan məhkumluq həyatı yaşayıram. Uzun illərdir azadlığa çıxacağım günləri həsrətlə saymışam. Lakin vaxt keçdikcə qərəzli açılan yeni-yeni cinayət işləri azadlığı məndən uzaqlaşdırıb. İki il bundan əvvəl mənə qarşı ücüncü dəfə açılan cinayət işinin (bundan əvvəl Lamiyə Quliyevanın məhkumluğu bir dəfə 5 il 6 ay artırilmışdı – red.), ittihamın qarşısını Xətai rayon Məhkəməsi bəraət hökmü ilə dayandırdı”.Məhkəmənin bu dəfəki ədalətli qərarı məndə azadlığa çıxmaq ümidləri yaratdı. Lakin prokrorun apellyasiya şikayəti əsasında Bakı Apellyasiya məhkəməsi Xətai rayon Məhkəməsinin qərarını ləğv etdi və mənə daha 6 il 6 ay azadlıqdan mərhumetmə cəzası kəsdi. Apellyasiya məhkəməsinin bu qərarı mənim yaranan ümidlərimi, azadlıq arzularımı puç etdi. Mən ömrümün sonuna kimi həbslərdə çürüyəcəyimi anlayaraq, depresiyaya düşdüm və bu addımı atdım. Bu addım ümidsizlikdən yaranan bir addım idi”.

O, bildirib ki, Apellyasiya məhkəməsi ilə bağlı Bakı İstintaq Təcridxanasında saxlanılan zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyi ilə görüşüb. “Həmin şəxs uşağımın atasıdır. Mən Təhqiqat Şöbəsinin əməkdaşına bu şəxs barədə yazdığım ifadədə bildirmişəm, adını və soyadını da yazmışam. DNK test nümunələrini də təqdim etmişəm.İndi mən məhbəsdə analıq ömrümü yaşayıram. Məhbəsdə analıq amansız taledir. Bundan sonra bu taleni uşaqla yaşamalıyam. Xahiş edirəm bütün bunlara görə məni qınamayın və mühakimə etməyin”.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddələrinə əsasən təqsirləndirilən L. Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq  icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar