"Lasta Rika" sirk şousu - VİDEO

“Lasta Rika” sirk şousu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

11 ildir atlarla çalışan Nadejda Çebota atların insanlarla bənzərliyi olduğunu deyir.

a24.az” ATV-yə istinadən bildirir ki, təlimçinin sözlərinə görə, atlar da insanlar kimi ağıllı və dəlisov ola bilir. Hər şey təlimçinin onlarla davranışından və qayğısından asılıdır.

Burada isə itlərə qulluq edilir. Təlimçi şoudan əvvəl itlərin dərisini səliqə-səhmana salır. “İngilis doq”u və “коrolevski pudel” itləri manejdə tamaşaçıları təəccübləndirəcək nömrələrə yaxşı hazırlaşmalıdır. Ölkəmizdə səfərdə olan Rusiyanın “Lasta-rika” sirk şousunun proqramı tək bu heyvanların çıxışları ilə yekunlaşmır. Belə ki, ilk dəfə Bakı tamaşaçısına təqdim edilən pinqvinlərin şousu, həmdə dünyada bu növ heyvanların iştirakı ilə ölkədən ölkəyə səfər edən yeganə sirk-şousudur. Komandanın rəhbəri, SSRI xalq artisti Evgeni Mayxrovski, pinqvinlərin attraksionu, “dəniz şirlərinin teatrı” və digər maraqlı çıxışlarla yanaşı, şən klounların da tamaşaçılar üçün maraqlı nömrələr  hazırladığını deyir.

Sirk şousunun unikallığı həm də maraqlı heyvanların çıxışları ilə əlamətdardır. Evgeni Mayxrovskinin qızı Natalya Mayxrovskaya həm də proqramın bədii rəhbəridir. Xanım təlimçi deyir ki, komandaları tək Rusiyada deyil, bütün Avropada təlim edilən pinqvinlərlə şou nümayiş etdirən yeganə sirk ustalarıdır.

Qeyd edək ki, Rusiyanın məşhur sirk ustaları “Lasta-rika” proqramı ilə bir ay müddətində Bakı Dövlət sirkində tamaşaçıların yolunu gözləyir.

https://youtu.be/kVSpHcuSazY

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar