Lavrov ABŞ-a gözdağı verdi

Lavrov ABŞ-a gözdağı verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə ölkənin ABŞ dollarından imtina etməsinin ABŞ-ı zəiflədəcəyini bildirib.

“A24.Az” DHA-ya istinadən xəbər verir ki, Lavrov ABŞ-ın qlobal valyuta və maliyyə sistemində dollardan sui-istifadə etdiyi üçün digər ölkələrin də qabaqlayıcı tədbirlər gördüyünü söyləyib:

“Gələcəyini düşünən bütün ölkələr bu asılılıqdan çıxmaq üçün yollar axtarmağa başlayıblar. Bu proses davam edəcək və nəticədə ABŞ-ın təsiri azalacaq”.

Lavrov dollardan çox asılı olmamaq üçün bu valyuta ilə açılan bank hesablarında digər valyutaların istifadəsinin yaxşı alternativ olduğunu da sözlərinə əlavə edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar