Lavrov: İranın Suriyadan çıxması heç real deyil

Lavrov: İranın Suriyadan çıxması heç real deyil
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İranın Suriyadan çıxarılmasını gözləməyin düzgün olmadığını deyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Lavrovun bu açıqlaması ABŞ prezidenti Donald Trampın iyulda bir araya gələcəyi Rusiya prezidenti Vladimir Putindən İranın Suriyadan çıxarılmasını istəyəcəyi iddialarının danışıldığı bir vaxtda deyilib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrova, İordaniyalı həmkarı Ayman Safadi ilə keçirdiyi mətbuat konfransında İranın Suriyadan çəkilmə ehtimalına dair sual verilib. Lavrov sual qarşısında, “Belə bir şeyin nəticələri yalnız Suriyaya deyil, bütün regiona əks olunur. İranın hər yerdən çıxıb özünü öz sərhədləri içinə həbs etməsi lazım olduğunu deyirlər. Elə olsa, hər yerə sülh gələcək. Bunların heç həqiqi olmadığını anlamaq çətin deyil” ifadələri işlədib. Rusiya Xarici İşlər Naziri, İranı da nəzərdə tutaraq, “Bir bölgənin problemlərini, o bölgənin kilid aktyorları olmadan həll edə bilməz”, – deyə qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar