Lavrovdan AÇIQLAMA: "Türkiyə ilə razılıq əldə olunudu"

Lavrovdan AÇIQLAMA: “Türkiyə ilə razılıq əldə olunudu”
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın xarici işlər naziri Suriyanın ərazi bütövlüyünə ən böyük təhdid kimi ABŞ-ı göstərib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında İdlib anlaşması ilə bağlı yeni açıqlama verib.

A24.Az “Haber3″ə istinadla xəbər verir ki, Lavrov, Rusiya və Türkiyə hərbçilərinin Suriyanın İdlib şəhərində qurulacaq hərbsizləşdirilmiş zonanın sərhədləri ilə bağlı razılığa gəldiklərini açıqlayıb.

Türkiyə, Rusiya və İranın Suriyanın ərazi bütövlüyü məsələsində razılaşdığını və bu məsələdə güzəştə getməyəcəyini dilə gətirən Lavrov, Suriyada ölkənin ərazi bütövlüyünü təhdid edən ünsürlərin olduğunu deyib.

Lavrov Suriyanın ərazi bütövlüyünə qarşı ən böyük təhdidin Fərat çayının şərq hissəsini idarə edən ABŞ-ın olduğuna bildirib.

ABŞ-ın bir çox ölkəyə tətbiq etdiyi sanksiyalara toxunan Lavrov tətbiq edilən son sanksiyaların dollara əsaslanan sistemin tamamilə etibarsız olduğunu bildirib.

Lavrov Rusiyanın dollar sistemindən asılı olmadan addımlar atmağa başladığını söyləyərək Türkiyə və Çin ilə milli pul vahidi ilə ticarət qərarını xatırladıb.

Dollardan imtina edən ölkələrin sayının artdığına diqqət çəkən Lavrov ABŞ-ın haqsız rəqabət apardığını vurğulayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar