Lazımsız geyimlərini "Təmiz şəhər"ə "İanə et"

Lazımsız geyimlərini “Təmiz şəhər”ə “İanə et”
Want create site? Find Free WordPress Themes and plugins.

“Təmiz Şəhər” ASC yeni və funksyanal dizaynla “Tullantim.az” saytını istifadəçilərə təqdim edir.

“A24.az” xəbər verir ki, “Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur. Layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq.

Saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri – şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər.

Bunun üçün lazımsız hesab etdikləri geyim və əşyalarını “Tullantim.az”ın “İanə et” bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər. Bununla, həm xeyir iş görmüş olarlar, həm də “Təmiz Şəhər” ASC-in tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmziliyində, tullantılarının azaldılmasında pay sahibi olarlar.

Bundan başqa, saytın “Yaşıl düşün”, “Atma, yarat”, “Şəhərimizi təmiz saxlayaq”, “Birja” bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə şəxslərə və müəssisələrə tullantıları idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir.

“Təmiz Şəhər” ASC hər kəsi “Tullantim.az” layihəsində aktiv iştirak etməyə və tullantıları azaltmağa dəstək olmağa çağırır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar