Lənkəranda dəhşət - 6 günlük körpəni oğurladılar, sonra öldürüb quyuya atdılar

Lənkəranda dəhşət – 6 günlük körpəni oğurladılar, sonra öldürüb quyuya atdılar
Want create site? Find Free WordPress Themes and plugins.

Lənkəranda 6 günlük körpə öldürülərək quyuya atılıb.

Hadisə Darquba kəndində qeydə alınıb. Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər.

Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Oğurlanan körpənin cəsədi bu gün quyuda aşkar edilib.

Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Qeyd edək ki, M.Nurullayeva ailənin ikinci qız övladı olub. (APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar