Livan İsraili BMT-yə şikayət etdi

Livan İsraili BMT-yə şikayət etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Livan, İsraili Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına şikayət etdi.

Livan Xarici İşlər Nazirliyi tərəfindən BMT Təhlükəsizlik Şurasına şikayət ərizəsi təqdim edildi. Ərizədə, “İsrailin 2015-ci il yanvarın 28-də Livan torpaqlarına təşkil etdiyi hücum, ölkənin nüfuzu, BMT sözləşmələri və başda 1701 saylı qərar olmaqla BMT TŞ qərarlarının və beynəlxalq qanunların açıq şəkildə pozulmasıdır” deyildi.

Ərizədə, BMT sülhməramlı qoşunlarından(UNIFIL) bir əsgərin ölümünə yol açan hücum haqqında istintaq açılması tələb edilib. Eyni zamanda İsrailin bu hadisənin məsuliyyətini boynuna götürməsi və cəzalara tabe olması istənib. Livanın cənubunda İsrailin işğalı altındakı sərhəd bölgəsində Şebaa Fermaları yerləşir. Hizbullah, Fermaların ərazisində patrul gəzən İsrail hərbi texnikasına iri mərmilərlə hücum etdi. İsrail də hücuma cavab olaraq Livanın cənubundakı müxtəlif sərhəd məntəqələrinə toplarla atəş acdı. Hadisədə bir UNIFIL əsgəri öldü.

İsrail Ordu sözçüsü Peter Lerner, hücumda 2 İsrail əsgərinin öldüyünü, 7-nin də yaralandığını açıqladı. Hizbullah da bunun, İsrailin Suriyanın Kuneytra şəhərində Hizbullaha aid kortecə təşkil etdiyi hücuma cavab olduğunu bildirdi.

İsrailin, 2006-cı ildə Livana hücum etdi və 33 gün döyüşlər davam etdi. Hadisələrin ardından BMT Təhlükəsizlik Şurası 1701 saylı qərar qəbul etdi. Bu qərarla baş verəcək hərbi əməliyyatların qarşısının alınması məqsədiylə Livanın cənub sərhədində xidmət edən UNIFIL əsgərlərinin sayı arttırıldı.

AA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya

Müzakirə

A24.Az