Londonda Azərbaycan rəssamlarının sərgisi açıldı

Londonda Azərbaycan rəssamlarının sərgisi açıldı
Want create site? Find Free WordPress Themes and plugins.

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur incəsənət qalereyası “Louise Blouin Foundation”da ölkəmizin müasir incəsənətinin istedadlı nümayəndələri Aidə Mahmudovanın və Faiq Əhmədin “Daxili tədqiqat” (Exploring Inward) adlı birgə sərgisi açılıb.

“A24.az” məlumat verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi bir sıra layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında məlumat verib.

Sərginin kuratoru müasir incəsənət mütəxəsisi, qalereyaçı Fərəh Piriyeva, Aidə Mahmudova və Faiq Əhmədin sənət və yaradıcılıqları barədə məlumat verib. O, Azərbaycanın gənc istedadlarının əsərlərinin dünyada böyük maraq doğurduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, hər iki rəssamda incəsənəti daxildən kəşf etmək əzmi var. Onlarda axtarış marağı açıq şəkildə özünü biruzə verir və daha ötədə nə olduğunu öyrənmək üçün daim səyahətdədirlər.

Sonra sərgiyə baxış olub.

Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm Azərbaycan incəsənəti təqdim olunur. Aidə Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə rəsm edilmiş monumental mənzərə əsəri, Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından ilhamlanaraq hazırlanan incəsənət qurğuları nümayiş etdirilir.

(Trend.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar