"Lotu Quli"nin adamları saxlanıldı: Gürcüstanda 

“Lotu Quli”nin adamları saxlanıldı: Gürcüstanda
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcüstan Daxili İşlər Nazirliyi  (DİN) “oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb.

A24.Az-ın Gürcüstan bürosunun məlumatına görə, bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.

Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların “oğru dünyası” ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir./APA

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar