Luka Modriçə həbs cəzası kəsilib

Luka Modriçə həbs cəzası kəsilib
Want create site? Find Free WordPress Themes and plugins.

 İspaniyanın “Real Madrid” klubunun və Xorvatiya millisinin futbolçusu Luka Modriçə həbs cəzası kəsilib.

A24.Az “Report”a istinadən xəbər verir ki, İpsaniya məhkəməsi vergidən yayındığına görə, 33 yaşlı yarımmüdafiəçiyə 8 aylıq həbs cəzası verib.

İspaniya qanunlarına əsasən, oyunçu həbs cəzasını pul ödəməklə əvəzləyə bilər. Beləliklə o, İspaniya hökümətilə əldə etdiyi razılığa əsasən 60 min avro ödəməklə həbs cəzası çəkməkdən azad olunacaq.

Xorvatiyalı futbolçu bundan əvvəl də İspaniya hökumətinə vergidən yayındığına görə 1 milyon 200 min avro cərimə ödəmişdi.

Qeyd edək ki, İspaniya höküməti vergi borcuna görə Lionel Messi, Kriştianu Ronaldu, Marselo və portuqaliyalı baş məşqçi Joze Mourinyonu da cərimələyib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar