A24 Xeber

Məşhur futbolçunun ayağı sındı – VİDEO

Məşhur futbolçunun ayağı sındı – VİDEO
626
09 Noyabr 2018 - 13:39

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin “Arsenal” klubunun futbolçusu Denni Uelbek ağır zədə alıb.

A24.Az xarici KİV-nə istinadən xəbər verir ki, 27 yaşlı forvard Avroliqanın qrup mərhələsinin IV turunda Londonda “Sportinq”lə keçirilən matçın (0:0) 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında hava mübarizəsindən sonra yerə uğursuz düşən ingiltərəli oyunçu görüşü davam etdirə bilməyib. O, oksigen maskası ilə meydanı tərk edib və xəstəxanaya aparılıb.

Görüşdən sonra komandanın baş məşqçisi Unay Emeri Uelbekin ayaq biləyində qırıq aşkarlandığını bildirib.

Qeyd edək ki, “Arsenal” – “Sportinq” matçı qolsuz bərabərliklə başa çatıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00