A24 Xeber

Məşhur müğənninin anasının evindən 1,5 milyonluq oğurluq

Məşhur müğənninin anasının evindən 1,5 milyonluq oğurluq
621
08 Noyabr 2018 - 18:06

Türkiyəli məşhur ifaçı Mahsun Kırmızıgülün anası evdəki qulluqçu tərəfindən soyulub.

A24.Az563 xəbər verir ki, türkmənistanlı qulluqçu iki həftə öncə müğənninin anası Faika Arıkın evində çalışmağa başlayıb.

O, 5 noyabr tarixində çalışdığı evi soyaraq təxminən 1,5 milyon lirə dəyərində olan pul və zinət əşyalarını aparıb.

Hadisədən sonra Kırmızıgülün anası polisə xidmətçisi ilə bağlı şikayət edib. Polis isə axtarış tədbirlərinə başlayıb. Məlum olub ki, qulluqçu əri ilə birgə Türkiyədən qaçmağa çalışıb. Lakin oğurluq hadisəsinin üstündən 24 saat keçmədən polis qulluqçunu, ərini və digər altı nəfər şübhəli şəxsi yaxalayıb.

Onların üstündən 67 min dollar və 300 qram qızıl bilərzik çıxıb. Oğrular iddia edib ki, evdən götürdükləri əşyalar yalnız üstlərində olandır.

oxu.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00