A24 Xeber

Maaş və pensiyalar artacaq – Nazirdən əhaliyə ŞAD XƏBƏR

Maaş və pensiyalar artacaq – Nazirdən əhaliyə ŞAD XƏBƏR
310
07 Noyabr 2018 - 23:14

“Cari ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması qərarı verilib”.

Bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib.

Nazir bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb.

Nazir qeyd edib ki, eyni zamanda, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00