Macarıstan işçi qüvvəsi çatışmazlığı kəskinləşir

Macarıstan işçi qüvvəsi çatışmazlığı kəskinləşir
Want create site? Find Free WordPress Themes and plugins.

Macarıstanın Mərkəzi Statistika İdarəsinin məlumatına görə 2018-ci ilin aprel ayından iyunadək olan dövrdə əmək bazarında 83611 vakansiya boş qalıb ki, bu da cari ilin birinci rübü ilə müqayisədə 4183 iş yeri çox deməkdir.

A24.Az AZƏRTAC-a istinadən bildirir ki, boş qalan yerlərin böyük əksəriyyətini özəl sektorda tapmaq mümkündür. Burada öz namizədlərini 61893 iş yeri gözləyir. Bütün sektorlar üzrə vakant iş yerlərinin payı ümumilikdə 2,6 faiz təşkil edir.

Bununla yanaşı, statistika idarəsinin rəqəmlərinə uyğun olaraq, 2018-ci ilin may-iyul aylarında işsizliyin səviyyəsi 3,6 faiz təşkil edib, 166200-dək insan işsizdir (hərçənd, NFSZ milli məşğulluq xidmətinin rəsmi məlumatında işaxtaranların sayı xeyli çox göstərilir).

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar