Mafiya aləmi şokda: AST Telmanla bağlı ilginc məlumat - Lənkəranskini “Lotu Quli”yə satıb

Mafiya aləmi şokda: AST Telmanla bağlı ilginc məlumat – Lənkəranskini “Lotu Quli”yə satıb
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada 2 nəfərin ölümündə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilən məşhur azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov haqqında sensasion məlumat yayılıb. AzVision.az “CrimeRussia” saytına istinadən xəbər verir ki, iddiaya görə, iş adamı İstanbulda qətlə yetirilən “Rövşən Lənkəranski” kimi tanınan azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin yerini onun düşmənlərinə deyib. Türkiyə xüsusi xidmət orqanları hesab edirlər ki, Telman İsmayılov “Rövşən Lənkəranski”nin hansı oteldə olacağını “Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifova çatdırıb. Qeyd edək ki, “Rövşən Lənkəranski”yə sui-qəsd İstanbulda həyata keçirilib. Azərbaycanlı “oğru”nu çoxsaylı mühafizəçilər müşayiət etsələr də, Rusiyadan gələn 6 nəfərlik killer qrupu “Rövşən Lənkəranski” ilə yanaşı, onun iki cangüdənini ağır yaralayıblar. “Rövşən Lənkəranski” aldığı güllə yarasından İstanbuldakı klinikaların birində keçinib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar