Makedoniya ordusu Yunanıstanla sərhəddə sədd qurur

Makedoniya ordusu Yunanıstanla sərhəddə sədd qurur
Want create site? Find Free WordPress Themes and plugins.

Makedoniya ordusunun əsgələri ölkənin cənubda Yunanıstanla sərhəddində metal dirəklərdən hasar çəkməyə başlayıb, lakin hökumət müharibələrdən Qərbi Avropa ölkələrinə qaçan qaçqınların qarşısını almaq  planlarının olmadığını bildirib.

a24.az” “Amerikanın səsi”nə istinadən bildirir ki, əsgərlər Macarıstan sərhədində bu il Balkan ölkələrinə qaçan yüz minlərlə qaçqını qarşısını kəsmək üçün qurulan sədlərə bənzər metal dirəklər yerləşidirib.

Suriyalılar, əfqanlar və iraqlılar qayıqlarla Türkiyədən Yunanıstana gəlgikdən sonra Balkan ölkələrinə üz tutur.

Lakin son iki həftə ərzində Makedoniya da daxil olmaqla, qaçqınların marşrutu üzərindəki ölkələr başqa ölkələrdən gələn miqrantları geri qaytarmağa başlayıb. Bu, Makedoniya ilə Yunanıstan arasında sərhəddə çox sayda insanın toplaşması və İran, Pakistan, Mərakeş və başqa ölkələrdən miqrantların günlərdir sürən etirazları ilə nəticələnib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar