Makron verilişdə özünə nəzarəti itirdi: “Türkiyəylə Rusiyanın arasını vurduq, ABŞ-ı razı saldıq”

Makron verilişdə özünə nəzarəti itirdi: “Türkiyəylə Rusiyanın arasını vurduq, ABŞ-ı razı saldıq”
Want create site? Find Free WordPress Themes and plugins.

Media qarşısında Suriyaya qarşı gerçəkləşdirilən hücum ilə özünü öyən Makron bir anda nəzarəti itirərək Türkiyə ilə Rusiya mövzusunda bəzi məqamların üstünü açıb.

“A24.az” bildirir ki, Fransa prezidenti Emmanuel Makron BFM TV və “Mediapart” tərəfindən canlı yayımlanan verilişdə jurnalistlərin suallarını cavablandırıb.

Bəşər Əsədin kimyəvi silah istehsal edən mərkəzlərinin yox edildiyini açıqlayan Makron ABŞ-ı Suriyada qalmağa razı saldıqlarını söyləyib.

Fransa prezidenti Emmanuel Makron Suriya qalmaqalını həll etmək üçün Fransanın bütün ölkələrlə danışdığını və təşəbbüskarlıq göstərəcəyini bildirərək “əgər Şərqi Qutadakı kimyəvi hücum və qarşıdurmalardakı gərginlik artmasaydı mən Türkiyəyə gedərək Ərdoğan, Putin və  Ruhani ilə görüşməyi planlaşdırmışdım. Bu görüşü gerçəkləşdirmək üçün yenidən təşəbbüs göstərəcəm” deyib.

Rusiyanın Suriyada kimyəvi silahdan istifadə etməsində Əsəd rejiminin “cinayət ortağı” olduğunu Putinə söylədiyini bildirən Makron “biz bu əməliyyat ilə türklərlə rusları ayırmağı bacardıq. Türklər kimyəvi hücumu qınadı və daha sonra əməliyyatı dəstəklədiklərini söylədilər” ifadələrini işlədib.

Daha sonra Makron “Suriyada hərbi planda əməliyyatı uğurla tamamladıq və kimyəvi silahların istehsal olunduğu 3 mərkəz hədəfə alındı. Mərkəzin biri ABŞ və İngiltərə qüvvələri, biri ABŞ və biri də Fransa qüvvələri tərəfindən vuruldu. Əsəd rejiminin kimyəvi silah mərkəzləri yox edildi.

10 gün bundan əvvəl ABŞ prezidenti Tramp əsgərlərini Suriyadan geri çəkəcəyini söyləmişdi. Amerikalıları Suriyada qalmağa biz razı saldıq. İkincisi, əməliyyatın sadəcə kimyəvi silah istehsal edən mərkəzlərlə yekunlaşmasını təmin etdik” şəklində danışıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar