Makronla Ərdoğanın səmimiyəti - "Fransa Türkiyənin yanındadır"

Makronla Ərdoğanın səmimiyəti – “Fransa Türkiyənin yanındadır”
Want create site? Find Free WordPress Themes and plugins.

Fransa prezidenti Emmanuel Makron Suriyada Türkiyəyə hörmət edilməsini bildirib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, Nyu Yorkda BMT sammitində iştirak edən Fransa prezidenti jurnalistlərin suallarını cavablandırıb.

Suriyada baş verənləri dəyərləndirən Makron Türkiyənin bölgədəki roluna diqqət çəkib:

“Türkiyənin təhlükəsizliyi göz qarşısında olmalı və buna hörmət edilməlidir. Türkiyəyə qarşı şəffaflıq olmalıdır, çünki Türkiyə Astana danışıqlarının bir hissəsidir və Suriyanın şimalındakı mövcud vəziyyətə mükəmməl şəkildə daxil olub. Bundan başqa, Türkiyənin NATO-nun üzvü olduğunu da xatırlatmaq istəyirəm”.

Xəbərdə qeyd edilib ki, BMT sammitində bir araya gələn Türkiyə prezidenti ilə Fransanın dövlət başçısı səmimi görünüblər.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm, Siyasət, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar