Malidə terrorçular 170 nəfəri girov götürüb

Malidə terrorçular 170 nəfəri girov götürüb
Want create site? Find Free WordPress Themes and plugins.

Malinin paytaxtı Bomako şəhərində silahlı şəxslər “Radisson” otelində 170 nəfəri girov götürüblər.

Əldə edilən məlumatlara görə, hoteldə girov saxlanılanların bir hissəsi azad olunub.

“Reuters” agentliyinin verdiyi məlumata görə, silahlılar onları “Quran”dan sitat gətirə bildikləri üçün sərbəst buraxıblar.

Hücum zamanı terrorçular dini şüarlar səsləndiriblər. Hotelin təhlükəsizlik xidmətinin azı iki əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, sayı 10-a yaxın olduğu deyilən silahlı şəxslər 140 müştərini, habelə 30 nəfər hotel əməkdaşını girov götürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma gedir.

Yerli təhlükəsizlik xidmətinin nümayəndəsi hoteldə 10-a yaxın silahlı şəxsin olduğunu bildirib.

mali_397

mali_2012

mali_9750

mali_3768

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar