“Mal(l) adamlar(ı)”

“Mal(l) adamlar(ı)”
Want create site? Find Free WordPress Themes and plugins.

Maestro, sən canın ordan bir dənə “sol” verginən, zilə qalxacam…

Zaman-zaman içində, xəlbir saman içində, allahın altında, yerin üstündə bir şəhər vardı…Yox, bu “sol” notuyla getməz, maestro, sən başın ordan bi dənə “mi” ver… Ayyy sağ ol!

Əvvəl dollar qalxdı, sonra başqa hər şey yavaş-yavaş qalxmağa başladı. Bircə bu xalq… bircə bu xalqın İQ səviyyəsi, intellektual səviyyəsi qalxmadı ki, qalxmadı.

İlin günün bu çağında, acından qarnımıza daş bağlayıb şam işığında kitab oxuduğumuz dönəmlərdə, insanlarımız acınacaqlı dərəcədə bayağılıqdan, şablonluqdan, bəsitlikdən əziyyət çəkir. Kasıbçılıq belə bu xalqı bəsit təfəkkürdən, bayağılıqdan xilas edə bilmir. Açığı qiymətlər qalxdıqca mən düşünürdüm ki, ticarət mərkəzlərinə, brend dükanlara gedənlərin sayı, dükan-bazardan selfi edib “hava atan”ların sayı azalacaq, amma azalmadı. Neftin baha satıldığı dönəmlərdə nə qədər bayağı idiksə, indi ikiqat bayağılaşmışıq. Ay kişi, mən kinoteatrda at kimi kişnəyən, yanındakı adamla toy müzakirə edən adam görmüşəm. Tamaşada whatsapp-la yazışıb, çıxanda yanındakından tamaşanın adını soruşan şubalı xalalar görmüşəm. Adam tanıyıram, hər gün fəhlə ərindən 3 manat alıb, rəfiqəsiylə atışıb “Mado”ya çay içməyə gedir.   Vallah, billah, bunların maddi imkanla, dəbdəbəylə, bahalıqla, pulla, kasıbçılıqla qəti əlaqəsi yoxdur. Belə şeylər insanın intellektual səviyyəsi ilə, düşüncə tərzi, həyata baxışıyla ilə bağlıdır. Facebook-da “çek in” etmək, instaqramda foto paylaşmaq xətrinə də adam kinoya, tamaşaya, konsertə, ticarət mərkəzinə gedər?

-Gedər atam balası, gedər. Şəxsən mən belələrini “Mall”larda çox görmüşəm.

Ey şərh bölümündə məni söyəməyə hazırlaşan vətəndaş, əl saxla! Dayanın, məni söyməyə tələsməyin!. Onsuz da hər yazıdan sonra “yeddi arxa dönənimi” xoş sözlərlə yad edirsiniz. Mən də bütün günü əlim dəmirdə gəzirəm ki, söyüşləriniz mənə yox, başqa yerə getsin. Zarafatsız, məni niyə söyürsünüz? Mən olsa-olsa güzgüyəm, gördüyümü göstərirəm. Xoşqədəm kimi artistlik eləsəm, Mikayıl kimi, Zaur kimi bayağılıq eləsəm xoşunuza gələr?

– Gələr!

Məncə siz belə şeyləri sevirsiniz, bu isə tamam başqa mövzudur…

Gözəlim vətənimdə, daha doğrusu vətənimin allı-güllü paytaxtında yeni insan tipi yaranmaqdadır. Biz dostlarlarımızla bu tipləri “Mal(l) adamlar(ı)” adlandırırıq. Sosioloji, psixoloji və kultroloji müşahidələrimdən belə nəticəyə gəlmişəm ki, “28 Mall-da xoşbəxt olmaq”, “Gənclik Mall-da mutluluq”, “Meto PARK-da bəxtəvərlik” tipli paylaşım edən şən ovqatlı insanları “Mal(l) adamlar(ı)” adlandırmaq tamamən məqsədəuyğundur, hətta ciddi bir tədqiqatın mövzusudur. Siz heç sevgilisinin əlindən bərk-bərk yapışıb “28 Mall” da gəzişən şən qızların təbəssümünü, şaqraq gülüşlərini müşahidə etdinizmi? Dərsdən çıxıb ticarət mərkəzlərinə axışan, saatlarla dükanlarda, evdən pul veriləndə kafelərdə vaxt keçirən bekar gəncliyin üz-gözündəki ifadəni  anlamağa çalışdınızmı?  Bütün bunlar adamı çox kövrəldir, çox ağrıdır, çox düşündürür.

Bu “Mall qızları”, “Mall oğlanları”, “Mall arvadları” sizi narahat etmirsə, day mənim sizə sözüm yoxdur. Dükanlar, brend mağazalar bir-birinin ardınca bağlansa da, ticarət mərkəzinə axın edən vətəndaşlar arasında azalma müşahidə olunmur. Ekspertlər hesab edir ki,  Mall-larda vaxt keçirənlərin cəmi 1 %- alış-veriş və mədəni istirahət məqsədi ilə bu məkanlara üz tutur. Böyük əksəriyyət isə “qonşuya yandım vermək”, tələbə yoldaşı Gülbadama “fors etmək”, “qız tutmaq”, “oğlan qapazlamaq” üçün gedir. Nəticədə kitabdan, mədəniyyətdə uzaq “Mal(l) adamlar(ı)” zümrəsi yaranır. Və bu zümrə sürətlə çoxalır, zövqsüzlük, bayağılıq baş alıb gedir.

Vecsiz, arzusuz, məqsədsiz, zövqsüz bir dəstə…

Ölkədə nə baş verir versin, tükü tərpənməyən vecsiz insanlar…

Cəlil Cavanşir, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar