Mariya Zaxarova Rusiyanın Azərbaycana yardımından danışdı

Mariya Zaxarova Rusiyanın Azərbaycana yardımından danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəzaya münasibət bildirib.

“A24.az” “Sputnik”ə istinadən xəbər verir ki, o, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana yardımından danışıb.

“Azərbaycana elektrik enerjisi tədarükünün bərpa edilməsində Rusiyanın “İnter RAO” şirkətinin əhəmiyyətli yardım göstərdiyini qeyd etmək istərdim. Azərbaycan mətbuatının məlumatlarına əsasən, şirkət özünü ən yaxşı tərəfdən göstərib və bunu, həmçinin Prezident İlham Əliyev də qeyd edib.

O, ölkənin enerji sistemində baş verən vəziyyətlə əlaqədar göstərilən yardıma görə Rusiya və Gürcüstana minnətdarlığını bildirib”, – Zaxarova deyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar