MARS şokoladlarında bakteriya ŞOKU - Şirkət məhsullarını geri çağırır

MARS şokoladlarında bakteriya ŞOKU – Şirkət məhsullarını geri çağırır
Want create site? Find Free WordPress Themes and plugins.

Şokolad nəhəngi MARS bəzi məhsullarında ölümcül bakteriya olması şübhəsi ilə məhsullarını geri çağırıb.

“A24.az”ın məlumatına görə, ABŞ-ın şokolad istehsalıçısı “Mars” İngiltərə və İrlandiyada “Galaxy”nin “Teaser bar”, “Counters” və “Minstrels” məhsullarını geri çağırmaq haqda qərar verib. İngilis mediasının verdiyi məlumata görə, qərarın şokolad məhsullarında ölümcül “salmonella” bakteriyasının olma riski səbəbiylə verildiyi bildirilir.

“Mars” əlində həmin məshullardan olan hər kəsə onu yeməmələri haqda xəbərdarlıq edib.

“Salmonella” nədir?

“Salmonella” qida zəhərlənmələrinin ən yayılmış formalarından biri olan bir qrup bakteriyanın adıdır. “Salmonella” bakteriyasının səbəb olduğu infeksiya yüksək səviyyədə ishal, titrəmə, abdominal narahatlıq və qusmaya səbəb olur. İnfeksiya qarşısı alınmadığı halda uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün ölümcül nəticələnə bilər.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar