Maruan Fellaini "Qalatasaray"a keçir

Maruan Fellaini “Qalatasaray”a keçir
Want create site? Find Free WordPress Themes and plugins.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını Türkiyədə davam etdirəcək.

Belçika millisinin üzvü “Qalatasaray”la ilkin müqavilə bağlayıb.

Maliyyə problemləri üzündən azad agent statusu daşıyan oyunçularla maraqlanan “cim-bom”un “qırmızı şeytanlar”la müqavilə müddəti mövsümün sonuna qədər olan 31 yaşlı oyunçu ilə danışığı müsbət nəticələnib. Futbolçunun meneceri Türkiyəyə gələrək, klub rəsmiləri ilə bu keçidi müzakirə edib. İngilislərlə yeni saziş bağlamayan Fellaini uzunmüddətli müqavilə təklifinə görə, “sarı-qırmızılılar”a “hə” cavabını verib.

Onun yayda “Qalatasaray”la 4+1 illik müqavilə imzalaması gözlənilir. //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar