"Maşın" şouda inanılmaz fırıldaq: Oyunun qurbanı olan Arif Quliyev ölümdən döndü - VİDEO

“Maşın” şouda inanılmaz fırıldaq: Oyunun qurbanı olan Arif Quliyev ölümdən döndü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Sosial mediada “Maşın” şou ilə bağlı qalmaqallı fikirlər yer alıb.

A24.Az həmin fikirləri qarşı tərəfin cavab haqqını tanımaqla təqdim edir:

“Murad Dadaşovun şoumenlikdə nömrə 1 olması şübhəsizdir. Amma onun hərdən bir Xoşqədəmlik etməsi anlaşılan deyil. Məsələn, mən heç cürə anlamıram ki, o Arif Quliyevi niyə bu qədər urvatsız- yəni Xoşqədəmfason, “2 kub iynə vurmaqla” yola saldı? Axı hamıya aydındır ki, dəfələrlə ağır xəstəlik keçirmiş , ayaqüstə güclə dayanan Arif müəllim ora maşın udmaq üçün deyil, məhz 5-10 manat pul və ya hədiyyə üçün gəlmişdi . Həmçinin də o, şounu ilk günlər tərk edəcək şəxslər statusunda nəzərdə tutulmuşdu. (  cümlədən də faytonçu Nazim) Çünki nazlı-qəmzəli şou-biznez nümayəndələrini ilk gündən çıxarmaq asan məsələ deyil. Onun üçün Vüqar, Arif Quliyev kimi fağır-füqaradan, xəstələrdən istifadə olunur. Yadınızdadırsa yarışmanın ilk günü Mehriban Xanlarova ağzından bir söz qaçırdı: “Mən özüm xahiş etmişəm ki, şəklimi atsınlar. Arif də gəlib dedi ki, bəs nə olar axşam məni çıxardarsan. Mən də dedim ki, əşşi sən də get o yana görüm”.

Daha sonra isə  Nazim məlum səbəblərdən oyunu tərk etdiyinə görə Arif Quliyev zorən oyunda daha bir gün də saxlanılmalı oldu. Və həmin axşam da verilişin sonunda bilmədən hər iki əlini maşından götürdü. Bunu efirdə hamı gördü. Və ona görə də hamı gözləyirdi ki, səhəri gün Arif Quliyev oyundan kənarlaşdırılacaq. Amma Murad bu boyda faktı biabırcasına görməzdən gəldi və xəstə Arif müəllimi zorla da olsa, daha bir gün oyunda saxladı. Çünki oyunda baş verənlər Muradın əvvəlcədən düşündüyü məcaradan çıxmışdı. Ona görə də Arif Quliyevin əsəb və səhhəti sonunda tab gətirmədi. Hörmətli sənətkarımız ölümdən döndü. Az qala Muradın bu çirkin və saxta oyununun güdazına gedəcəkdi. Hamıya məlumdur ki, “Maşın” şou tam olaraq Murad tərəfindən idarə olunan bir tamaşadır. Ancaq insan taleyini də pula güdaza verməzlər ki?”

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar