“Maşın” şoudan daha iki nəfər getdi

“Maşın” şoudan daha iki nəfər getdi
Want create site? Find Free WordPress Themes and plugins.

Ötən gün “ATV” telekanalında yayımlanan “Maşın” şounun daha bir buraxılışı baş tutub.

A24.az-ın məlumatına görə, iştirakçılar bu dəfə müğənni Nadir Qafarzadənin şəklini atıblar.

Müğənni səs topladığı təqdirdə kimi çıxaracağını bilmədiyini və oyunun gedişatından asılı olaraq qərar verəcəyini bildirib.

Daha sonra ifaçı şoudan aktyor Sərxan Kərəmoğlunu çıxarmaq istədiyini söyləyib. Buna səbəb isə ötən gün Kərəmoğlunun efirdə Təranə Qumralı təhqir etməsi olub:

“Bu gün də Sərxanın özünə dedim ki, dünən düzgün hərəkət eləmədi. Məni xanım təhqir də etsə, söysə də, mən üzüm çevirib gedərəm. Amma o, belə eləmədi. Ona görə onu çıxaracam”.

Lakin aktyorun maşından əlini götürüb getməsi, müğənninin yeni seçim etməsinə səbəb olub. Çıxılmaz vəziyyətdə qalan N.Qafarzadə rejissor Aqil M.Quliyevi oyundan çıxaracağını söyləyib.

Verilişin sonunda Nadir Qafarzadə  37,54 faiz səs toplayaraq şounu tərk edib.

 

Qeyd edək ki, hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir.

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar