“62 məscid erməni təcavüzünün qurbanına çevrilib”

“62 məscid erməni təcavüzünün qurbanına çevrilib”
Want create site? Find Free WordPress Themes and plugins.
Ermənilərin Ağdam Cümə məscidində donuz saxlamasını əks etdirən fotoşəkillər təqdim edilib

Bu gün Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihənin təqdimatı keçirilib.

“A24.az” məlumat verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının müdiri Mayıl Əhmədov deyib ki, elektron layihə Azərbaycan və ingilis dillərində hazırlanıb.

Layihədə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi istisna olmaqla, Dağlıq Qarabağ münaqişəsi zamanı işğal altında qalan ərazilərimizdəki 800-ə yaxın abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkilləri, eləcə də həmin abidələrin qısa xarakteristikası hazırlanıb. M.Əhmədov bildirib ki, bu abidələr ölkə və yerli əhəmiyyətli kateqoriyalar üzrə – memarlıq və arxeoloji abidələr, tarixi-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilib: “Elektron layihənin “Abidələrimiz” fəslində Xocalı,Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Qazax rayonlarında, Qərbi Azərbaycan ərazisində ermənilərin mili-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandallıqlardan bəhs edir. “Fotoittiham” fəslində erməni vandalizminin əyani görüntlərini özündə əks etdirən 160-dan artıq şəkil yerləşdirilib”.

M.Əhmədov nəzərə çatdırıb ki, Azərbaycan mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilib. Ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilib.

Layihənin təqdimatı zamanı ermənilərin Ağdam Cümə məscidində donuz saxlamasını əks etdirən fotoşəkillər də təqdim edilib: “Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox ziyan dəyib”.

M.Əhmədov deyib ki, tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar dağıdılıb: “XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy Məscid qismən salamat qalıb ki, onu da xarici qonaqlara fars məscidi kimi təqdim edirlər. Bu layihədə toplanmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə çalışan ermənilərin əsl simaları əyani şəkildə göstərilir. Layihədə məqsəd internet resurslardan da istifadə etməklə, bu barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din

Müzakirə

A24.Az