A24.Az buro247.az-a istinadən xəbər verir ki, hərrac Amerikanın Florida ştatında yerləşən Amiliya adasında martın 11-də baş tutacaq. 8 min kilometr gedişi olan 1995-ci il buraxılışlı avtomobil əla vəziyyətdədir. Maşın 2,2-2,4 milyon dollar məbləğində qiymətləndirilir. 4,7 litr həcmli, 12 silindrli, 520 at gücünə sahib olan avtomobil 6 pilləli sürət qutusu ilə hərəkətə gətirilir. 100 km/saat sürəti avtomobil 3,6 saniyəyə yığır. Bu modeldən 349 ədəd buraxılıb, onlardan 50-si məhz Amerika bazarı üçün nəzərdə tutulmuşdu.

Tayson avtomobili Kaliforniyadakı diler Neyder Amirvanddan 1995-ci ildə alıb, bir neçə il sonra isə Sietldan olan biznesmen Kevin Markusa satıb. 2010-cu ildə avtomobilin yanacaq çəni və oturacaqları dəyişdirilib, mühərrik isə tamamilə yenidən yığılıb.

Mayk Taysonun avtomobili satışa çıxarılacaq

Mayk Taysonun avtomobili satışa çıxarılacaq