A24 Xeber

MDB dövlət başçılarının növbəti iclasının yeri açıqlandı

MDB dövlət başçılarının növbəti iclasının yeri açıqlandı
1. 203 oxunma
29 Sentyabr 2018 - 10:12

MDB dövlət başçılarının növbəti sammiti 2019-cu il oktyabrın 11-də Aşqabadda keçiriləcək. 

A24.Az xəbər verir ki, bu məlumatı Birliyin İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev verib.

“Türkmən tərəfinin qəbul etdiyi qərara əsasən, növbəti iclas Aşqabadda, 2019-cu il oktyabrın 11-də keçiriləcək”, – o deyib.

Lebedev qeyd edib ki, 2019-cu ildə Türkmənistan MDB-yə sədrlik edəcək, Tacikistan və Özbəkistan həmsədrlər olacaq.

A24.Az

ÇOX BAXILAN FOTOLAR