Məcburi köçkünü ölümlə hədələyən, Qarabağ əlilini döyən MİLLƏT VƏKİLLƏRİ - ANALİZ

Məcburi köçkünü ölümlə hədələyən, Qarabağ əlilini döyən MİLLƏT VƏKİLLƏRİ – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin oktbayr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

13569879_1385639481453409_51344090_o-300x901-300x90

“A24.az” Media Təqib Mərkəzi-nə istinadə deputatlarla bağlı oktbayr ayı üzrə məlumatları təqdim edir:

2016-cı ilin oktbayr ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 21072 xəbər yerləşdirilib. Bunlardan 363 xəbər mənfi, 74 xəbər müsbət və 20635 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Mirzəcan Xəlilov (52 xəbər – deputatın məcburi köçkünü ölümlə hədələməsi), Madər Musayev (40 xəbər – Qarabağ əlilini döyməsi iddiası), Hadı Rəcəbli (20 xəbər – deputatın ailə biznesi, şəhid ailələrindən deputata qəzəb).

Müsbət xəbərlər isə Valeh Ələsgərov (64 xəbər – 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi), Eldar Quliyev (6 xəbər – Avropa Xidmət Ordeni ilə təltif edilməsi) və Qənirə Paşayevaya (4 xəbər – “İlin millət vəkili – VII THE FİRST” beynəlxalq mükafatına layiq görülməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1Mehriban Əliyeva2208 xəbər
2Cavid Qurbanov1183 xəbər
3Rövnəq Abdullayev993 xəbər
4Vahid Əhmədov791 xəbər
5Qənirə Paşayeva702 xəbər
6Siyavuş Novruzov674 xəbər
7Oqtay Əsədov539 xəbər
8Zahid Oruc516 xəbər
9Əflatun Amaşov463 xəbər
10Səməd Seyidov452 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3816 xəbər dərc edilib. Bu xəbərlərdən 3807-si neytral, 3-ü müsbət, 6-sı isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında lider Mirkazım Kazımovdur (3 xəbər – Azadlıq” qəzetinə borcunu ödəməməsi). Müsbət xəbərlər isə Valeh Ələsgərova (3 xəbər – 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1Mehriban Əliyeva392 xəbər
2Vasif Talıbov146 xəbər
3Cavid Qurbanov142 xəbər
4Rövnəq Abdullayev140 xəbər
5Əflatun Amaşov124 xəbər
6İsa Həbibbəyli118 xəbər
7Siyavuş Novruzov116 xəbər
8Vahid Əhmədov104 xəbər
9Musa Quliyev103 xəbər
10Oqtay Əsədov94 xəbər

Oktbayr ayında televiziya kanallarında deputatlar haqqında 1852 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Mehriban Əliyeva152 xəbər
2İsa Həbibbəyli109 xəbər
3Rövnəq Abdullayev99 xəbər
4Oqtay Əsədov97 xəbər
5Cavid Qurbanov97 xəbər
6Ziyad Səmədzadə96 xəbər
7Bahar Muradova88 xəbər
8Siyavuş Novruzov80 xəbər
9Ziyafət Əsgərov58 xəbər
10Eldar İbrahimov53 xəbər

millət vəkilləri

 

Əlaqə:+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

info@mediateqib.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs