Mədəaltı vəzin xərçəngini əvvəlcədən bilmək mümkün olacaq - Bir selfie çəkin - FOTOLAR

Mədəaltı vəzin xərçəngini əvvəlcədən bilmək mümkün olacaq – Bir selfie çəkin – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər mədəaltı vəzin xərçəngi (pankreas) əvvəlcədən təşxis edən tətbiq inkişaf etdiriblər.
A24.Az xəbər verir ki, yeni tətbiq sayəsində telefonunuzda çəkdiyiniz selfi ilə mədəaltı vəzin xərçəngi və digər xəsətliklərə tutulub-tutulmadığınızı təşxis etmək mükün olacaq.

“World Economic Forum” pankreas xərçənginin ən pis xəstəliklərdən olduğunu bildirib. Hesabata görə, son 5 il ərzində mədəaltı vəzin xərçəngindən xilas olma faizi 9 faizdir.

Pankreas xərçənginin əlamətləri

Pankreasın və digər xəstəliklərin ilkin əlamətlərindən biri də cilddə və qanda meydana gələn sarı rənglərdir. Sarılığın yaranması isə qanda bilirubinin yığılmasından yaranır.

Yeni təbiqə görə, insanlar selfie çəkərək gözdəki ağ nahiyəyə diqqət edərək xəstə olub olmadıqlarını əvvəlcədən biləcəklər.

BiliScrean adlı tətbiq komputerdən görüntü alqoritmlərindən yararlanaraq gözdəki ağ nahiyədə olan kimyəvi bilrubin miqdarını təsbit edə bilir. Bilrubinin səviyyəsi az olsa belə,  bunu təşxis etmək mümkündür.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq, Foto xəbər, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar