Mədət Quliyev Bakıda velosiped sürdü - FOTO - VİDEO

Mədət Quliyev Bakıda velosiped sürdü – FOTO+VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan ədliyyə işçilərinin peşə bayramı münasibətilə noyabrın 22-də Bakıda velosiped yürüşü keçirilib. Bu münasibətlə Ədliyyə Nazirliyi Velosiped İdman Klubunun üzvləri və Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançı və əməkdaşları Dövlət Bayrağı Meydanından Heydər Əliyev Mərkəzinə qədər yürüş ediblər.

“A24.az” xəbər verir ki, Federasiyadan verilən məlumata görə, yürüşdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəisi, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev və Penitensiar Xidmətin rəis müavini, general-mayor Hüseyn Əlixanov da iştirak ediblər.

Mətbuat nümayəndələrinə müsahibəsində M.Quliyev deyib ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi işlədiyi vaxt ədliyyə naziri Fikrət Məmmədovla nazirliyin Velosiped İdman Klubunun yaradılmasına qərar veriblər: “Bundan sonra Penitensiar Xidmətin nəzdində velosiped komandası formalaşdırıldı. Artıq 60-dan çox idmançı komandamızın üzvüdür. Həftədə iki dəfə məşq edir, əlamətdar günlərdə yürüş keçiririk. İdmana ayrılan vaxtı itirilmiş zaman adlandırmaq olmaz. Harada işləməyimizdən asılı olmayaraq, hər bir insan, xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər fiziki sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər”.

“A24.az” veloyürüşdən olan videogörüntünü təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman, Foto xəbər, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar