Mədət Quliyev Dövlət Komissiyasının sədri təyin edildi

Mədət Quliyev Dövlət Komissiyasının sədri təyin edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri postuna yeni təyinat olub.

Virtualaz.org saytının rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, milli təhülkəsizlik naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev prezident İlham Əliyevin noyabrın 2-də imzaladığı sərəncamla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, bu komissiyanın fəaliyyəti barədəki nizamnamənin müddəalarına görə, onun sədri postunu Azərbaycanın milli təhlükəsizlik naziri tutmalıdır.

Xəbər verdiyimiz kimi, Eldar Mahmudov oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra bu komissiyanın sədri postu da boş qalmışdı. Yəni E.Mahmudov nazir vəzifəsini itirməklə sözügedən komissiyanın sədri postundan da avtomatik olaraq məhrum olmuşdu.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar