mobil-operatorlar

Media Azecell-in fırıldaqlarından yazır – MONİTORİNQ

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi ölkədə mobil operatorlarla bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

A24.Az xəbər verir ki, 2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 826 xəbər yerləşdirilib. Bunlardan 27-si mənfi, 799-u isə neytral xəbərlərdir.

Mənfi xəbərlər:  AzerCELL (21 xəbər – Azercell-in müdhiş fırıldağının üstü açıldı – faktlar), Nar Mobile (4 xəbər – Nar Mobile kontur oğurlayır – foto), BakCELL (2 xəbər – Bakcell-in oğurluğu davam edir – nazirə şikayət).

Xəbər sayına görə sıralama:

  1. BakCELL – 409 xəbər
  2. AzerCELL – 382 xəbər
  3. Nar Mobile – 31 xəbər
  4. NaxTel –  4  xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 137 neytral  xəbər dərc edilib.

Xəbər sayına görə sıralama:

 

  1. BakCELL  –  75 xəbər
  2. AzerCELL – 56 xəbər
  1. Nar Mobile – 5 xəbər
  2. NaxTel – 1 xəbər

 

Sentyabr ayında televiziya kanallarında mobil operatorlarla bağlı xəbər göstərilməyib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR