Mediaya qapalı toy edən Natavan qadağalarını açıqladı

Mediaya qapalı toy edən Natavan qadağalarını açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Natavan Həbibi reper Dado (Səid) Əliyevlə ailə quracağı xəbərlərini qəribə qarşılayanlara təəccüblənib.

A24.Az axsam.az-a istinadən bildirir ki, “Xəzər Maqazin”ə açıqlama verən ifaçı bunları deyib:

“Hamı üçün bu, əməlli-başlı hadisə imiş. Bilsəydim, məni bu qədər ərə vermək istəyirsiniz, çoxdan ailə qurardım. Başa düşmək istəyirəm ki, bu qədər maraq nəylə bağlıdır? Hər şeyi gözləyirdim. Bircə, o yaş söhbətini fikirləşməzdim. Çünki mən özümü onun yanında o qədər balaca hiss edirəm ki… O, uşaq kimi deyil, mənim yanımda püxtələşmiş insandır. Bu söhbət çıxanda barmağımı dişlədim ki, vay, bu mənim ağlımdan çıxmışdı”.

Natavan özünə 2 toy edəcəyini və məclislərin mediaya qapalı olacağını bildirib:

 “Bir-birindən fərqli 2 toy olacaq. Toyuma hamını çağırmayacağam. Mənim yaxşı günümə sevinən, səmimiyyətini hiss elədiyim insanları dəvət edəcəyəm. Bir neçə insan var ki, sual altındadır: çağırım, ya çağırmayım? Toyum mediaya qapalı olacaq. Bəzilərinə xahiş eləmişik ki, hətta üzərlərində telefon da olmasın. Tapşırmışıq ki, toydan İnstaqramda heç nə paylaşmayın. Özüm sonra sosial şəbəkədə video, fotoları seçib paylaşacağam”.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar