Məhbusların qaçmasına görə 15 nəfər ədliyyə orqanlarından xaric olunub

Məhbusların qaçmasına görə 15 nəfər ədliyyə orqanlarından xaric olunub
Want create site? Find Free WordPress Themes and plugins.

Məhbusların qaçması məsələsi Ədliyyə Nazirliyinin kollegiya iclasında müzakirə olunub.

Nazirlikdən  verilən məlumatda bildirilir ki, oktyabrın 23-də müşayiət zamanı vaqondan iki təqsirləndirilən şəxsin qaçması ilə bağlı məlumat dinlənilib, baş vermiş fövqəladə hadisə ilə əlaqədar aparılmış xidməti yoxlamanın ilkin nəticələri müzakirə edilib.

Qeyd olunub ki, bununla bağlı Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri olmuş B. Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həmçinin, hadisənin fəsadlarının aradan qaldırılması üzrə görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində həbsdən qaçmış şəxslərdən biri tutularaq istintaq təcridxanasına qaytarılıb, digərinin axtarışı üzrə zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, Penitensiar Xidmətdə nizam-intizamın möhkəmləndirilməsi, qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, əməliyyat-rejim və mühafizə tədbirlərinin gücləndirilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin təmin olunması, əməkdaşların məsuliyyət hissinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib.

İclasda ölkə başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının icrası üzrə görülən işlər, o cümlədən insanların azadlıq hüququnun qorunması, alternativ cəzaların, həmçinin ictimai işlər cəzasının səmərəli tətbiqi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi qeyd edilib və bununla bağlı Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın icrasının təşkili üzrə tədbirlər müəyyən olunub.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələri müzakirə edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar