Məşhur jurnalist seçkiyə görə polisə aparıldı

Məşhur jurnalist seçkiyə görə polisə aparıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur jurnalist, yazıçı və deputatlığa namizəd İlhamiyyə Rzayevanın özünə həmkar olan həyat yoldaşı Həmid Herisçi polisə şöbəsinə aparılıb.

a24.az” bildirir ki, ANS PRESS-in məlumatına görə, onun polisə aparılmasına səbəb seçki saxtakarlığının qarşısını alması və bu saxtakalığı sosial şəbəkə vasitəsi ilə yayması olub.

Məsələ ilə bağlı ANS PRESS-ə açıqlama verən jurnalist bildirib ki, həyat yoldaşının namizədliyini irəli sürdüyü 17-saylı Yasamal 3-cü seçki dairəsində onların heç bir nümayəndəsi olmadan digər namizədin nümayəndələri əlillər üçün nəzərdə tutulmuş qutunu yaşlı bir qadının evinə aparıblar: “Həmin qadın seçki üçün müraciət etmədiyi halda onun adına sənəd hazırlayıblar. Mən isə həmin sənədi saxta olduğu üçün götürdüm və sosial şəbəkələrdə yaydım. Buna görə də, qarşı tərəf məni həmin sənədi yaymaqda ittiham edərək polisə şikayət etdi”.

Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsinə aparılan yazıçı orada məsələni izah etdikdən sonra sərbəst buraxıldığını deyib. Onun sözlərinə görə, vəziyyəti izah etdikdən sonra qanunsuzluqlara yol verən şəxslərə qarşı cinayət işi açılıb və bu işin ciddi şəkildə araşdırılacağını bildirilib. “Çünki mənzilinə seçki qutusu aparılan qadın əqli qüsurlu idi. Buna görə də o, heç cür seçkidə iştirak üçün müraciət edə bilməzdi”.

Hadisədən xəbər tutan deputatlığa namizəd İlhamiyyə Rzayeva isə dərhal Polis İdarəsinə gedib və məsələ öz həllini tapıb. Rzayeva sosial şəbəkədəki profilində məsələ ilə bağlı status da paylaşıb: “Həmid Herisçinin 26-cı polis bölməsinə aparıldığı barədə xəbərdən narahat olan dostlara səslənirəm. Narahat olmayın, mən dərhal ora getdim, birlikdə də ordan çıxdıq. Allah bizi ayırmasın! Amin”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar