Məkkə ilə Mədinə arasında sürət qatarı işə düşdü

Məkkə ilə Mədinə arasında sürət qatarı işə düşdü
Want create site? Find Free WordPress Themes and plugins.

Məkkədən Mədinəyə elektrikləşdirilmiş yüksəksürətli dəmiryolu xətti istifadəyə verilib.

“A24.Az” ICTnews-a istinadən xəbər verir ki, dəmiryolu xəttinin açılış mərasimində şahzadə Salman bin Əbdüləziz əs-Səud və vəliəhd Məhəmməd ibn Salman iştirak ediblər.

Bu, səhradan keçməklə hərəkət edən dünyada ilk yüksəksürətli dəmiryolu xəttidir. Ərəbistan səhrası, Ciddə, Rabiq, kral Abdullanın İqtisadi şəhərindən keçən dəmir yolu xəttinin uzunluğu 450 km-dir.

Məkkə və Mədinə şəhərləri arasında İspaniyanın “Patentes Talgo S.L” şirkətinin istehsalı olan sürət qatarlarından istifadə ediləcək. Bu model az enerji sərf etməklə saatda 365 km sürətlə hərəkət etmək qabiliyyətinə malikdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar