Məktəbəqədər təhsillə bağlı YENİ QAYDA

Məktəbəqədər təhsillə bağlı YENİ QAYDA
Want create site? Find Free WordPress Themes and plugins.

Prezident İlham Əliyev “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə fərman verib.

A24.Az-ın Azərtac-a istinadən məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən edəcək.

Qanunla Nazirlər Kabineti tərəfindən sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydaları müəyyən ediləcək.

Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası da müəyyən olunacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar