Məktəblərdə tibb işçiləri fəaliyyət göstərir? - AÇIQLAMA

Məktəblərdə tibb işçiləri fəaliyyət göstərir? – AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə gün əvvəl Bakıdakı məktəblərin birində ikinci sinif uşağı yemək yeyərkən qəfil halı pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Bu fakt məktəblərdə zəruri hallarda köməyə gələcək tibb işçilərinin varlığı məsələsini yenidən gündəmə gətirib.

Təhsil müəssisələrində tibb işçiləri və psixoloqlar varmı?

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, şagirdlərə tibbi xidmət pulsuz göstərilir:

“Ümumi təhsil müəssisələrində tibb xidməti Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir.

Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq yerlərdə tibb otağı ayrılıb. Həmin otaqlar zəruri avadanlıqlarla təmin edilib. Məktəblərdə tibbi xidmət işi isə yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir”.

İdarədən qeyd edilib ki, BŞTİ-nin tabeliyində olan təhsil müəssisələri tibb məntəqəsi ilə təmin edilib:

“Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Eyni zamanda, məktəb direktorları tibb bacısı və ya həkimlərlə, həmçinin yerli poliklinikalarla sıx əlaqəli işləyir”.

Təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, məktəblərdə tibb işçiləri və tibb məntəqələri ilə bağlı çatışmazlıqlar var:

“Onların həlli istiqamətində görülən işlər az deyil. Orta məktəblərdə psixoloq çatışmazlığı ilə bağlı məsələ də gündəmdədir. Bununla belə, bir məqama da diqqət yetirilməlidir ki, məktəbdə psixoloji xidmətin təşkili digər təhsil xidmətləri ilə müqayisədə, nisbətən yeni sahədir. Əsasən, 90-cı illərdən etibarən ilk olaraq Bakı məktəblərini əhatə edən psixoloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fənn müəllimlərinin qısamüddətli ixtisasartırma yolu ilə yenidən hazırlanmış kadrların ümidinə buraxılmışdı və bu mənada, onları peşəkar psixoloq hesab etmək, həmin psixoloqlardan aktiv və səmərəli fəaliyyət gözləmək sadəlövhlük olardı”.

Ekspert bildirib ki, hər məktəbdə bir psixoloq ştatı var:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə təkcə son iki tədris ili ərzində (2016-2017-ci və 2017-2018-ci tədris ili) 50 psixoloq müsabiqə əsasında işə qəbul olunub, ehtiyat kadrlar bazası yaradılıb.

Belə bir problem regiondakı məktəblərlə bağlıdır ki, bu istiqamətdə də müəyyən işlər görülür və çox ehtimal ki, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Məktəblərdə tibb işçiləri və tibb məntəqələri ilə bağlı vəziyyət, demək olar ki, eynidir”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar