Mel Gibsonun filmindəki tarixi saxtakarlıq – ARAŞDIRMA – VİDEO

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8fTarixi filmlərdə tarixi hadisələr olduğu kimi təsvir edilməlidir, yoxsa ssenaristin fantaziyasına uyğun olaraq dəyişdiriməlidirmi? Bu olduqca mübahisəli bir mövzudur və güman ki, ilk tarixi film çəkildikdən bəri bu mövzu ətrafında mübahisələr davam edir. Təbii ki, tarixi filmlərdə hadisələr tarix kitablarında yazıldığı kimi təsvir edilsə o filmlərə heç kim baxmaz.  Lakin belə filmlərdə hadisələr bəzən o qədər dəyişdirilir ki, insan deməyə söz tapmır.  Tarixin “anasını ağladan” belə filmlərdən bəhs edərkən ağlıma gələn ilk film baş rollarını Mel Gibsonun oynadığı “Cəsur Ürək” filmidir.

“Cəsur Ürək” filmində şotlandların ingilis ağalığına qarşı apardıqları azadlıq mübarizəsindən bəhs edilir. Bu mübarizəyə (filmdə Mel Gibsonun canlandırdığı) Villiam Vallas başçılıq edir. İngilislərin gördüyü heç bir tədbir işə yaramır. Ən sonunda məsələyə İngiltərə kralı I Edvard müdaxilə edir. Sülh danışıqları üçün gəlini (filmdə Sofi Marso canlandırır) Fransa şahzadəsi İzabellanı Villiam Vallas ilə danışıqlar aparmaq üçün göndərir. Kralın səmimiyyətinə inan İzabella Villiamla danışıqlar apararkən I Edvard gizlincə onları mühasirəyə alır. Onların hər tərəfdən Edvardın əsgərləri ilə mühasirəyə alındıqlarını heç İzabellanın özü də bilmir. Kral eyni zamanda Şotland zadəganlarını ələ alır. Bu tədbirlər sayəsində Villiam məğlub olur və sonda edam edilir. Lakin gəlini İzabella ilə Villiam Vallas arasında eşq yaşanır. Və hətta filmin sonunda Villiam Vallas işgəncə ilə edam edilərkən, İzabella kral I Edvarddan onu  bağışlamasını istəyir. Lakin mənfi cavab alır və I Edvarda əzab vermək üçün həqiqəti ona açaraq bildirir ki, bətnindəki uşaq onun oğlu II Edvarda deyil, Villiam Vallasa məxsusdur.

Bəs reallıqda necə olub? 

izabella-sofi-marsoVilliam Vallas 1305-ci ilin avqust ayında edam edilib. 1307-ci ildə isə kral I Edvard vəfat edib. “Fransanın dişi qurdu” adlandırılan və İngiltərə tarixində ən çox nifrət edilən kraliça olan İzabella isə 1296-cı ildə anadan olub. 1303-cü ildə İzabella İngiltərə şahzadəsi II Edvard (I Edvardın oğlu) ilə nişanlanır. Nişanladığı zaman İzabellanın 7 yaşı vardı. Təbii ki, bu nişan həm Fransa həm də İngiltərə krallıqlarının maraqlarına xidmət etmişdir. Amma müəyyən vaxt keçdikdən sonra İngiltərənin siyasi maraqları dəyişir və 1307-ci ildə nişan pozulur. Elə həmin il İngiltərə kralı vəfat edir və yalnız bundan sonra II Edvard ilə İzabellanın nişanı yenidən bərpa edilir; onlar evlənirlər. 1308-ci ildə İzabella İngiltərəyə gəlir. Burada bir nüansı diqqətinizə çatdırmaq istəyirəm: İzabella filmdə 25-30 yaşlarında gənc bir xanım kimi təsvir edilsə də, Villiam Vallas edam ediləndə onun cəmi doqquz yaşı var idi. Daha önəmlisi İzabella Villiam Vallasın ölümündən 2 il sonra İngiltərəyə gəlib və ilk dəfə İngiltərə torpağına ayaq basdığı zaman o  12 yaşında bir yeniyetmə idi. Yəni o, nə Villiam Vallası, nə də kral I Edvardı görüb. Təbii ki, Villiam Vallas ilə onun arasında da hər hansı bir eşq macerasından söhbət belə gedə bilməz.

ii-edvardİzabellanın əri II Edvard doğurdan da filmdə təsvir edildiyi kimi homoseksual olub. Onun ilk sevgilisi Piers Qaveston olsa da, siyasi maraqlara görə İzabella bu münasibətə qarşı çıxmır, hətta onunla dost olmağı bacarır. Piers Qaveston öldükdən sonra kralın ikinci sevilisi Hyu Le Dispenser olub. İki kişi arasında yaşanan bu münasibətə isə İzabella artıq dözə bilmir. 1325-ci ildə diplomatik missiya adı altında Fransaya geri qayıdır. Burada İzabella ilə Roger Mortimor arasında eşq yaşanır. Daha sonra bu cütlük kiçik bir ordu ilə yenidən İngiltərəyə qayıdaraq krala qarşı müharibəyə başlayır. Bu müharibə zamanı kralın ordusu onu tərk edir. Qısa bir müddət ərzində İzabella və Roger Mortimor cütlüyü İngiltərəni işğal edir, kral taxtdan salınıraq həbs edilir. 1327-ci ildə taxta kral II Edvardın oğlu III Edvard çıxır.  1327-1330-cu illər ərzində İzabella və Mortimor İngiltərəni III Edvard adından idarə edirlər. 1330-cü ildə III Edvard hakmiyyəti ələ almağa çalışır. Nəticədə Mortimor edam edilir. İzabella isə 2 il ev dustağı kimi saxlanılır.

Daha sonra ev dustaqlığından azad edilərək sadə həyat yaşayan İzabella 1358-ci ildə vəfat edib.

Qabil Aşirov

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR