Məleykə Abbaszadə: “Sınaq imtahanları keçirmək üçün maddi imkanımız yoxdur”

Məleykə Abbaszadə: “Sınaq imtahanları keçirmək üçün maddi imkanımız yoxdur”
Want create site? Find Free WordPress Themes and plugins.

IX siniflər üzrə sınaq imtahanları yazılı təşkil olunmayacaq, imtahan yalnız onlayn formada keçiriləcək.

A24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, IX siniflər üzrə yazılı sınaq imtahanının keçirilməsinə nə şagirdlər, nə də qurum özü hazırdır: “Hazırda sınaq imtahanlarını keçirmək üçün maddi imkanımız yoxdur. Şagirdlər isə öyrəşiblər ki, sınaq imtahanı verəndən sonra təcili cavablarını alsınlar. Amma onlayn formada keçirilən sınaq imtahanlarının nəticələri iki həftə ərzində yoxlanılaraq təqdim olunacaq”.

M. Abbaszadə qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsinin nəticələri də 1 ay ərzində yoxlanılacaq və həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək. Hətta ekspertlərin rəylərinin də orada olacağını deyən Şura sədri vurğulayıb ki, yeni qaydalara əsasən imtahan nəticələri attestatlarda yalnız balla yazılacaq: “Mənfi ya müsbət, yaxşı və pis nəticə toplaması orada yazılmayacaq. İmtahanda hansı qiymət almasından asılı olmayaraq, şagird attestat alacaq. İmtahanın nəticələrinə əsasən şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər”.

M. Abbaszadənin sözlərinə görə, bu il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydalarla keçirildiyi üçün I mərhələnin nəticələrinə əsasən hər hansı bal məhdudiyyəti qoyulmayacaq. I mərhələdən 0 bal toplayan şagird sonradan müsabiqənin II mərhələsində, həmçinin orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə iştirak edə biləcək.

DİM Direktorlar Şurasının sədri deyib ki, iyun 14-də orta məktəblərdə dərslər bitəndən sonra buraxılış imtahanının II mərhələsi keçiriləcək: “İmtahandan iki gün sonra nəticələr açıqlanacaq. O zaman müəyyən olunacaq ki, hansı balla şagirdlərin kolleclərə sənəd verməsinə icazə veriləcək. Ola bilsin ki, yaxın bir ay ərzində kolleclərə yeni qəbul qaydaları ilə bağlı açıqlama verilsin. Bu qaydalar hələ müzakirə olunur”. //APA.Az//

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar