Məmmədyarov: "Status-kvo"nu dəyişməyin vaxtı çatıb

Məmmədyarov: “Status-kvo”nu dəyişməyin vaxtı çatıb
Want create site? Find Free WordPress Themes and plugins.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk”.

A24.Az APA-ya istinadən xəbər verir ki,  bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın xarici işlər naziri Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Sankt-Peterburq görüşündə, aprelin 29-da Moskvada görüşündə də eyni sənəd üzərində danışıqlar aparılıb.

“Həmin sənədə əsasən münaqişənin həlli istiqamətdə irəliləməyin yollarını müzakirə etdik. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. “Status-kvo”nu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, “status-kvo” qəbuledilməzdir”, – deyə nazir qeyd edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar