Meray Kerrinin konserti ləğv edildi

Meray Kerrinin konserti ləğv edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Dünya şöhrətli ifaçı Meray Keri Belçikadakı konsertini ləğv edib.

“A24.az”ın məlumatına görə, müğənni bu həftə baş verən terror aktlarını nəzərə alaraq bu addımı atıb. Konsertin ləğv edilməsinə səbəb isə təhlükəsizlik məsələləri olub.  Belə ki, konsert martın 27-də olmalı idi.

Məşhur müğənni sosial şəbəkədə bu məlumatı izləyiciləri ilə bölüşüb: “Mən Brüsseldəki pərəstişkarlarımı sevirəm. Mənə pərəstişkarlarımın, qrupumun və personalımın təhlükəsizliyini təmin etmək üçün şounu ləğv etmək məsləhət görüldü”.

Brüssel konserti ləğv edilsə də müğənninin bu gün Lüksemburqda keçirilməsi planlaşdırılan konserti qüvvədədir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar