Merkel istefaya çağırıldı

Merkel istefaya çağırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyada hökümətin miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.

A24.az” bildirir ki, ANS TV-nin məlumatına görə, yürüşü “Almaniya alternativi” adlı siyasi partiya təşkil edib. Anti-immiqrasiya partiyası sayılan “Almaniya alternativi” hökümətin ölkədə qaçqınlara və miqrantlara sığınacaq verməsinin əleyhinə çıxır. Fəallar “Merkelin istefasını” tələb edən şüarlar səsləndirib.

İnsan haqları fəallarının və sakinlərin keçirdiyi miqrantlara dəstək aksiyası ilə yanaşı, oponentlərin yürüşü də olub. Bu aksiyaya əngəl olmağa çalışan polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

merkel

Berlin polis idarəsinin məlumatına görə, anti-miqrasiya yürüşündə 5000 nəfər iştirak edib. Qarşı tərəfin aksiyasına isə 800 nəfər qatılıb. Tərəflərin toqquşmaması üçün yürüşün keçirildiyi küçəyə 1100 polis zabiti səfərbər olunub. Yanvar ayından oktyabra kimi Almaniyaya 758 minə yaxın qaçqın və miqrant gəlib.

Belçikanın Muskron şəhərində də miqrantlara qarşı etiraz aksiyası keçirilib. Aksiyaya şəhər sakinləri ilə yanaşı ultra-millətçi fəallar da qoşulub. Gələn ay özəl bir şirkətin təşkilatçılığı ilə 600-ə yaxın miqrant və qaçqına şəhərdə sığınacaq verilməsinə etiraz edən fəallar miqrantların gəlişi ilə yerli əhali arasında işsizlik səviyyəsinin artacağından şikayət edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar