Mərkəzi bankın sədrinə şok- HƏBS EDİLDİ

Mərkəzi bankın sədrinə şok- HƏBS EDİLDİ
Want create site? Find Free WordPress Themes and plugins.

Rüşvət almaqda ittiham olunaraq Korrupsiya ilə Mübarizə Bürosu tərəfindən saxlanılan Latviya Mərkəzi Bankının sədri istefa vermək istəmir.

A24.Az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, ölkənin baş bankiri İlmar Rimşeviç bu gün keçirilən mətbuat konfransında bildirib ki, Mərkəzi Bankın sədri olaraq vəzifəsinin icrasına davam etməklə bağlı qərar alıb.

Rimşeviç, eyni zamanda bildirib ki, onu öldürməklə təhdid edirlər: “Aydındır, mən Latviyada kimlərisə narahat etməyə başlamışam. Məni öldürməklə təhdid edirlər. Bu haqda hüquq mühafizə orqanlarını məlumatlandırmışam”.

Qeyd edək ki, baş bankir 48 saatlıq həbsdən sonra ötən gün 100 min avro girov qoyaraq azadlığa çıxıb.

Rimşeviç küllü-miqdarda rüşvət almaqda ittiham olunur. Rüşvətin həcmi 100 min avro civarında olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar