Məsciddə turistlərə pulsuz tərcümə xidməti göstəriləcək

Məsciddə turistlərə pulsuz tərcümə xidməti göstəriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

İstanbul Bələdiyyəsi maraqlı bir yeniliyə imza atıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Bələdiyyəsi tərəfindən hazırlanan “İBB  Simultane” mobil tətbiqi vasitəsilə cümə namazına gələn turistlərə ərəb və ingiliscə pulsuz sinxron tərcümə xidməti göstəriləcək.

Xidmət hələ ki, yalnız Sultanahmet məscidində göstəriləcək. İstanbul Bələdiyyəsindən ayrılan komanda turistlərə sözügedən tətbiqin istifadə prosedurlarını öyrətmək istiqamətində fəaliyyətə başlayıb.

Tətbiqdən istifadə edənlərə mobil telefonlarına uyğun qulaqlıqlar da hədiyyə olunacaq.

Gələcəkdə bu xidmətin İstanbuldakı digər tarixi məscidlərdə də göstərilməsi nəzərdə tutulur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar