Məşhur aktyor haqqında növbəti pedofiliya qalmaqalı

Məşhur aktyor haqqında növbəti pedofiliya qalmaqalı
Want create site? Find Free WordPress Themes and plugins.

“House of Cards” serialının məşhur siması Kevin Spacey haqqında ittihamlar günü-gündən artır.
A24.az xarici mediaya istinadən xəbər verir ki, daha öncə pedofiliyada günahlandırılan aktyor haqqında 1 həftə ərzində daha 10 nəfər şəxs ittiham irəli sürüb. Onlardan 8-i “House of Cards” serialının çəkiliş heyətindədirlər. Həmin şəxslər aktyorun onlara qarşı ayrı-ayrı vaxtlarda bir və ya bir neçə dəfə seksual, zorakı, şəxsiyyəti alçaltma kimi hərəkətlər etdiyini, həmçinin, Neftflix və MRC şirkətləri daxil olmaqla, serialın çəkiliş heyətində olan hər kəsin, aktyorun belə hərəkətlərini bildiyi halda heç bir tədbir görülmədiyini iddia edirlər.

İddialar haqqında Neftflix və MRC rəsmi açıqlama verməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar