Məşhur Biq-Ben saatının təmirinə xərclənən vəsait açıqlandı

Məşhur Biq-Ben saatının təmirinə xərclənən vəsait açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Londonun mərkəzindəki məşhur Biq Ben saatının üç aylıq təmir bərpa işləri müsbət nəticələnib.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, təmir işləri davam etdirilən saat mütəxəssislər tərəfindən təmir edilir. Saatın mexanizm işi yoxlanılır. Saatın əqrəblərinin dəqiq işləməsi və vaxtlı vaxtında yəni saatların tamamında zəng səsinin vurulması işləri davam etdirilir.

Qeyd edək ki, saatın təmirə dayandırılması ilə bağlı Böyük Britaniya parlamenti təhlükəsizlik baxımından qərar qəbul edib. Xatırladaq ki, Biq-Ben sonuncu dəfə 2007-ci ildə təmir edilib. Biq-Ben-in hazırkı təmir işlərinə 61 milyon funt (təxminən $ 81,7 mln) xərclənməsi nəzərdə tutulur. Bu ilin avqustun 21-dən təmirə dayandırılan Biq Ben saatı üzərindəki işlər 2021-ci ildə başa çatacaq.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar