Məşhur Rusiya telekanalı Lənkaranskini təhqir etdi: "Tərəvəz kralı" - VİDEO

Məşhur Rusiya telekanalı Lənkaranskini təhqir etdi: “Tərəvəz kralı” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın NTV telekanalı Rövşən Lənkəranskinin öldürülməsindən sonra Moskva bazarlarına nəzarət uğrunda başlayan müharibə barədə araşdırmanı efirə verib.

Reportajda bir neçə gün əvvəl Moskvanın Çeryomuşinsk bazarında baş vermiş dava-dalaş və atışmanın da bu zəmində olduğu deyilir.

“Moskvanın Çeryomuşinsk bazarı. Ticarət sıralarını gücləndirilmiş polis naryadı mühafizə edir. Rəhbərlik yeni münaqişədən çəkinir. Sonuncu toqquşma bir neçə gün əvvəl olub, atışma ilə bitib. Qarşıdurmanın iştirakçısı bazardakı kafelərdən birinin sahibi Vilayət Əsgərovdur. O, bazarın yeni rəhbərliyindən narazıdır”-NTV-nın reportajında deyilir.

“ÇP. Araşdırma: “Krallar və Kələm” adlı araşdırma bu gün efirə verilib. “Göyərti və tərəvəz üzərində kriminal biznes necə qurulub, avtoritetlər bir-birini sözün əsl mənasında kələmə çevirirlər? Tərəvəz kralı Rövşən Lənkəranskini kim aradan götürdü? Və növbəti qurban kim olacaq? Ruslar vitaminə görə vergini kimə ödəyirlər? Və əsas məsələ-nə qədər ödəyirlər?”-NTV jurnalistləri araşdırmada bu suallara cavab axtarırlar.

Xatırladılır ki, Rövşən Lənkəranski bu ilin avqustunda İstanbulda güllələnib. Ona üzünə qarşı “tərəvəz kralı” deyirdilər. Həkimlər avtorietin həyatını xilas etmək üçün bir neçə saat mübarizə aparıblar, ancaq onu xilas etmək mümkün olmayıb. “Onu “tərəvəz kralı” da adlandırırdılar. Cəsədini təyyarə ilə doğma şəhəri Lənkərana aparıblar, dəfn mərasimində kilometrlərlə uzunluqda tıxac yaranıb. Qohumları, dostları, yüksək vəzifəli məmurlar, Azərbaycan cəmiyyətinin elitası dəfnə qatılıb”-NTV bildirir.

A24.az  virtualaz.org-a istinadən həmin araşdırmanın videokadrlarını təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Media, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar